Sarımsaq gələn yayadək təzə qalacaq, əgər bunu etsəniz
06 sentyabr 2025 15:58 (UTC +04:00)

Sarımsaq gələn yayadək təzə qalacaq, əgər bunu etsəniz

0

Sarımsaq yığımından cəmi bir neçə ay sonra ya cücərməyə başlayır, ya da çürüyür. Halbuki onu gələn yayadək təzə və faydalı saxlamağın etibarlı üsulları var.

Lent.az sarımsağın düzgün saxlanmaq üsulunu təqdim edir:

Sarımsağı necə seçmək lazımdır?
Uzunmüddətli saxlama üçün yalnız sağlam və quru sarımsaq uyğundur. Dişləri bərk, çat və ləkəsiz olmalıdır. Qalın qabıqlı sortları seçmək daha yaxşıdır onlar xeyli uzun müddət qalır.

Saxlamağa hazırlıq
Kök və sapları tələsmədən kəsmək lazımdır onlar dişləri qurumaqdan qoruyur. Sarımsağı quru, yaxşı havalanan yerdə (amma günəş altında yox) asmaq və ya hörüb “kosa” düzəltmək olar.

Təzə saxlamaq üçün ideal şərait
Sarımsağı qaranlıq, sərin və quru yerdə saxlamaq ən yaxşı seçimdir.

Payızlıq (qışlıq) sarımsaq 0–4°C temperaturda uzun müddət təzə qalır.

Yazlıq sarımsaq isə 16–20°C-də yaxşı saxlanır. Havanın rütubəti 60%-dən çox olmamalıdır, çünki artıq nəm çürüməyə səbəb olur.

Alternativ saxlama üsulları

Kağız torbalar və ya qutular quru sarımsaq üçün sadə və rahat üsuldur. Qurutma və ya dondurma soyulmuş dişləri qurudaraq və ya donduraraq dadını və ətrini uzun müddət qorumaq olar. Bitki yağı və ya sirkə doğranmış sarımsağı yağda və ya sirkədə saxlamaq mümkündür, amma bu halda maksimum bir neçə ay qalır.

Sarımsağın duzda saxlanması
Mütəxəssislər həm də duzdan istifadə etməyi məsləhət görürlər. İstənilən bir vedrə götürün, sarımsaq başlarını içinə düzün və üstünə duz səpin. Sonra bir qat da sarımsaq düzün və yenə duz səpin. Duz artıq nəmi çəkir və zərərli bakteriyaların inkişafına imkan vermir. Sarımsaq birbaşa günəş işığını və artıq rütubəti sevmir. Ehtiyatları mütəmadi olaraq yoxlamaq, zədələnmiş başları təmizləmək vacibdir ki, çürük yayılmasın. Düzgün qulluqla sarımsaq ətrini saxlayacaq, faydalı olacaq və yeməklərinizə dad qatacaq gələn yayadək.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar