Futbol üzrə Rumıniya yığmasının baş məşqçisi Mirça Luçesku milli komandanın ən yaşlı məşqçisi olub.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, oentyabrın 5-də onun komandası Kanada millisi ilə yoldaşlıq görüşündə 0:3 hesabı ilə məğlub olub.
Oyun zamanı Luçesku 80 yaş, bir ay yeddi günlük olub. Rumıniyalı mütəxəssis bununla 1997-ci ildə Uruqvay millisinə rəhbərlik etmiş Roke Maspoliyə məxsus milli komanda məşqçiləri arasında yaş rekordunu yeniləyib. O zaman Ekvadorla Uruqvayın 5:3 hesablı qələbəsi ilə başa çatan oyunda Maspolinin 80 yaş, 1 ay 4 günlük olub.
Xatırladaq ki, Rumıniya millisi növbəti oyununu sentyabrın 9-da Kipr millisinə qarşı keçirəcək.