Santuş istefa vermədi: Onu göndərmək AFFA-ya qaldı
06 sentyabr 2025 01:24 (UTC +04:00)

Santuş istefa vermədi: Onu göndərmək AFFA-ya qaldı

0

Azərbaycan millisi DÇ-2026-nın seçmə mərhələsində ilk matçına çıxıb.

Apasport.az xəbər verir ki, yığmamız İslandiya seçməsinə 0:5 hesabı ilə məğlub olub.

Görüşdən sonra futbol ictimaiyyəti Fernandu Santuşun istefa verəcəyini gözləsə də, bu, reallaşmayıb.

Mütəxəssis oyunsonrası mətbuat konfransında müqaviləsinin olduğunu və istefa verməyəcəyini bildirib.

Qeyd edək ki, daha öncə AFFA-nın baş katibi Cahangir Fərəcullayev Santuşun istefasını gözlədiyini, verməyəcəyi halda bunu müzakirə edəcəklərini bildirmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 348

Oxşar yazılar