Sahibkarlarla növbəti görüş Salyan rayonunda KEÇİRİLƏCƏK
12 sentyabr 2022 10:05 (UTC +04:00)

Sahibkarlarla növbəti görüş Salyan rayonunda KEÇİRİLƏCƏK

0

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

“Azəriqaz” İB-dən Lent.az-a verilən məlumata görə, KOBİA ilə birgə “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla görüşü Salyan rayonunda təşkil olunacaq.

Aksiya Salyan rayonu, Təzəkənd ərazisində QPS-in qarşısında baş tutacaq. “Səyyar qəbul otağı” sentyabrın 14-də saat   11:00-dan 12:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1536

Oxşar yazılar