Nizami rayonunda vətəndaşların müraciətləri dinlənilib
28 aprel 2022 16:58 (UTC +04:00)

Nizami rayonunda vətəndaşların müraciətləri dinlənilib

"Sizdən qaz təchizatının dayandırılması haqqında göndərilən xəbərdarlığın səbəbinin aydınlaşdırılmasını xahiş edirəm". 

Lent.az xəbər verir ki, bu sözləri sahibkarlıq fəaliyyəti ilə məşğul olan Rəcəb Məmmədov SOCAR "Azəriqaz" İstehsalat Birliyinin paytaxtın Nizami rayonunda baş tutan növbəti "Açıq mikrofon" aksiyası zamanı bildirib.

"Azəriqaz" İB-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsinin rəis müavini Fərid Mirzəyev ünvanlanan bu müraciətin araşdırılması ilə bağlı tapşırıq verərək, aksiyaya qatılan sahibkarlara qaz təchizatıyla bağlı qarşılaşdıqları problemləri rahatlıqla səsləndirmələrini xahiş edib. 

İctimai-iaşə obyektinin nümayəndəsi Xələf Musayev bəzi hallarda qaz təzyiqi ilə bağlı problemin olduğunu, dəmir çubuqlar istehsalı ilə məşğul olan Elmir Adıgözəlov isə sərfiyyatın son 3 ay müddətində düzgün hesablanmadığını bildirib. Sahibkarlarla yanaşı, sakinlər də aksiyada iştirak ediblər.

Aksiyada “Azəriqaz” İB-nin məsul şəxsləri ilə yanaşı, Kiçik və Orta Biznesin İnkişafi Agentliyinin nümayəndəsi də sahibkara lazımi dəstəyin verilməsinə hazır olduqlarını bildirib. Səsləndirilən bütün müraciətlər araşdırılması üçün qeydiyyata alınıb.

Məlumat üçün bildirək ki, bu gün təşkil olunan “Açıq mikrofon” aksiyası sayca ümumilikdə 58-ci, sahibkarlarla isə 32-ci görüşdür.










 

# 1458
avatar

Aytəkin Cəlali

Oxşar yazılar