Maşınların rəsmiləşdirilməsi prosesi  asanlaşdırılır
29 sentyabr 2022 13:57 (UTC +04:00)

Maşınların rəsmiləşdirilməsi prosesi asanlaşdırılır

Dövlət Gömrük Komitəsinin tətbiq etdiyi yeni elektron xidmət  ölkə ərazisinə idxal edilən avtonəqliyyat vasitələrinin rəsmiləşdirilməsi prosesini asanlaşdıracaq. 

Komitədən Lent.az-a verilən məlumata görə, yeni xidmət idxal edilən avtonəqliyyat vasitələrinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikatı idxaldan əvvəl elektron qaydada əldə etməyə imkan yaradacaq. Bunun üçün vətəndaşların gömrük orqanına gəlmədən internetə çıxışı olan istənilən məkandan “E customs” elektron portalı və ya “Smart customs” mobil tətbiqi üzərindən gömrük orqanına onlayn qaydada müraciət etməsi kifayətdir.

Onlayn qaydada gömrük orqanına göndərilən müraciət və sənədlərin düzgünlüyü yoxlanılır, qanunvericilikdə göstərilən müddət ərzində avtonəqliyyat vasitəsinin Avro-4 ekoloji normalarına uyğunluğu barədə sertifikat vətəndaşın şəxsi kabinetinə göndərilir.


Dövlət Gömrük Komitəsi tərəfindən gömrük prosedurlarının rasionallığının təmin edilməsi, rəsmiləşdirmə, sərhədkeçmə proseslərinin asan və sürətli şəkildə reallaşdırılması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində  tətbiq edilən bu
yenilik məmnunluğun, şəffaflığın təmin olunmasına, növbələrin, vətəndaş-məmur təmasının aradan qaldırılmasına şərait yaradacaq.


 

# 1575
avatar

Oxşar yazılar

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

Azərbaycandan “OPEC plus”un qərarına-MÜNASİBƏT

4 dekabr 2022 , 17:47
Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” -  VİDEO

Lokal dayanmalarla bağlı sosial şəbəkələrdəki reaksiyalara cavab: “Azəriqaz” qışa tam hazırdır!” - VİDEO

2 dekabr 2022 , 19:48
“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

“The Banker” ABB-ni "İlin bankı” elan etdi®

2 dekabr 2022 , 18:57
"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

"Azəriqaz" Mingəçevirdə vətəndaş qəbulu KEÇİRƏCƏK

2 dekabr 2022 , 15:55
® “Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

®“Final çay iç, Finalda qazan!” lotereyasının ikinci tirajının qalibləri müəyyənləşdi!

2 dekabr 2022 , 14:12
® İnnovasiya Sammitinə sayılı günlər qaldı!

®İnnovasiya Sammitinə sayılı günlər qaldı!

2 dekabr 2022 , 10:31
® Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

®Aylıq 807 AZN-ə göl və bulvar mənzərəli 3 otaq studiya mənzillər!

1 dekabr 2022 , 15:55
® Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

®Birbank sahibləri noyabr ayında 2,8 milyon manat keşbek əldə ediblər

1 dekabr 2022 , 10:32