Xalq artisti Emin Ağalarov Bakıda gerçəkləşdirəcəyi yeni layihəsinə 1 milyard dollar investisiya qoyacaq.
Lent.az xəbər verir ki, bu haqda Ağalarov özü sosial şəbəkə hesabında açıqlama verib:
"Yaxın günlərdə 1 milyard dollarlıq müqavilə bağlanacaq. Hələlik təfərrüatlar barədə danışmayacam. Sadəcə, onu deyim ki, bir xarici şirkət rəhbərlik etdiyim istirahət mərkəzi layihəsinə böyük investisiya qoyacaq”