“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı
28 avqust 2025 15:02 (UTC +04:00)

“Birbank” tələbə təqaüd proqramının iki illik marafonu uğurla başa çatdı

Kapital Bank-ın təşəbbüsü ilə 2023-cü ildə start verilən“Birbank” tələbə təqaüd proqramıuğurla yekunlaşıb. Proqramın ilk seçim mərhələsinə3000-dən çox tələbə müraciət edib, onlardan seçilən15 nəfər namizəd “Birbank təqaüdçüsü” adını qazanaraq iki il ərzində ayda300 AZN məbləğində təqaüdalmaq imkanını əldə edib. 

Təqaüdçülər ölkəmizin 8 aparıcı ali təhsil müəssisəsində kompüter elmləri, informasiya texnologiyaları, maliyyə, hüquq, iqtisadiyyat və digər sahələr üzrə məzun olublar. Onlar bu müddət ərzində yalnız maddi dəstək deyil, həm dəKapital Bank-da real iş təcrübəsi, müxtəlif peşəkar təlim və seminarlar, həmçinin mentor dəstəyi ilə fərdi inkişaf imkanlarıəldə ediblər.

Layihənin bağlanış mərasimində Kapital Bank-ın İstedadların idarə olunması departamentinin direktoruAygün Həsənova iştirakçılara iki il ərzində qazandıqları bilik və təcrübələr, həmçinin gələcəkdə tələbələrin inkişafına yönəlik bu tipli proqramların daha da təkmilləşdirilməsi üçün hansı təşəbbüslərin həyata keçirilə biləcəyi ilə bağlı suallar ünvanlayıb.

Xüsusilə qeyd edək ki, proqramın iki məzunu Samin Hüseynov və Yaqub Əhmədov dünyanın Top 10 universiteti sırasında olan Kembric Universiteti (University of Cambridge) və İmperial Kollecində (Imperial College London)magistr təhsili almaq hüququ qazanaraq təhsillərini xaricdə davam etdirmək imkanı əldə ediblər.

Qeyd edək ki, yaxın günlərdə tələbələrlə bağlı yeni bir inkişaf proqramı elan olunacaq.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçünhttps://kapitalbank.azsaytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün –https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün –https://kbl.az/prcrc.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 186

Oxşar yazılar