"Bakcell" son 3 ildə Azərbaycana 226 mln. manat sərmayə yatırıb
29 dekabr 2021 18:31 (UTC +04:00)

"Bakcell" son 3 ildə Azərbaycana 226 mln. manat sərmayə yatırıb

Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkətinin son 3 il ərzində ölkə iqtisadiyyatına yatırdığı sərmayənin həcmi 226 mln. manat təşkil edir.

“Bakcell”in fəaliyyətinin davam etməsinə və inkişafına yönəlmiş bu sərmayələr uzunmüddətli perspektivdə ölkənin ümumi daxili məhsulunun həcminə də töhfə verəcək.

Qeyd olunan məbləğin böyük hissəsi telekommunikasiya infrastrukturunun təkmilləşdirilməsinə, regionlarda 4G şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsinə və Qarabağda yüksək keyfiyyətli mobil şəbəkənin qurulmasına xərclənib.

Eyni zamanda genişmiqyaslı Korporativ Sosial Məsuliyyət proqramı həyata keçirən “Bakcell” şirkəti 3 il ərzində bir sıra sosial layihələrə böyük həcmdə vəsait ayırıb. Buraya şirkətin pandemiya ilə mübarizəyə, İkinci Qarabağ Müharibəsinin təsirlərinin azaldılmasına, Qarabağda bərpa işlərinin aparılmasına və əlilliyi olan uşaq və gənclər üçün bərabər imkanların yaradılmasına yönəlmiş layihələr daxildir.

“Bakcell” şirkəti ölkədə telekommunikasiya sahəsinin inkişafına öz töhfəsini vermək üçün gələcəkdə də Azərbaycan iqtisadiyyatına iri həcmi sərmayələr yatırmağa davam edəcək. 2021-ci ildə “Bakcell” şəbəkəsi növbəti dəfə “Ookla” tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bu gün “Bakcell” şəbəkəsi 8700-dən çox baza stansiya sayəsində Azərbaycan əhalisinin 99,9%-ni, ölkə ərazisinin isə 92,4%-ni əhatə edir.

# 993
avatar

Oxşar yazılar