“Qəbələ Konserv Zavodu” MDB-nin 2011-ci il üzrə əsas mükafatına layiq görüldü - FOTO
“Qəbələ Konserv Zavodu” məhsul və xidmətlərin keyfiyyəti sahəsində nailiyyətlərinə görə keçirilmiş müsabiqədə “Xalq istehlakı üçün məhsul istehsalı” nominasiyası üzrə qalib gələrək laureat olaraq əsas mükafata layiq görülüb. Bu barədə Müstəqil Dövlətlər Birliyinin İqtisadi Şurası tərəfindən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə daxil olmuş rəsmi qərarda qeyd olunub. Komitədən Lent.az-a verilən məlumata görə, qalibə mükafatın 2012-ci ilin III rübü ərzində keçiriləcək tədbirdə təqdim edilməsi planlaşdırılıb.
Məlumat üçün bildirək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ölkələri arasında keyfiyyət sahəsində (istehsal və göstərilən xidmətlər üzrə) əldə edilən nailiyyətlərə görə mükafatların müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yerli istehsal və xidmət şirkətləri arasında 2 ildən bir müsabiqə keçirir. Müsabiqə 2 mərhələdən ibarətdir. Müsabiqənin I mərhələsi MDB üzv dövlətlərinin Milli orqanları tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyən təşkilatlar (fiziki və ya hüquqi şəxslər) müsabiqənin qaydalarına müvafiq olaraq keyfiyyətlə bağlı sənədlər toplusunu (70 səhifədən çox olmamaq şərtilə) Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə təqdim etməlidirlər. Müsabiqənin qalibləri Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikası səviyyəsində (xüsusi komissiya heyəti tərəfindən) müəyyən edildikdən sonra, II mərhələdə iştirak üçün qaliblər haqqında məlumatlar və sənədlər toplusu MDB Standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuraya təqdim edilir.
Müsabiqədə iştirak etmək üçün şərtlər:
Azərbaycan Respublikasında keçirilmiş seçimdə (Milli orqan tərəfindən elan edilmiş müsabiqədə) iştirak;
İki il müddətindən az olmamaq şərtilə istehsal edilən məhsulun (göstərilən xidmətin) yüksək keyfiyyətliliyinin təsdiqi;
İstehsal edilən məhsulun (göstərilən xidmətlərin) ikidən az olmamaq şərtilə MDB üzv dövlətlərinə ixrac edilməsi (və ya xidmətlərin göstərilməsi).
Müsabiqədə sənaye və xalq istehlakı malları istehsal edən (xidmət göstərən) təşkilatlar (fiziki və ya hüquqi şəxslər) iştirak edə bilərlər.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49