«Kapital Bank»ın bir neçə əməkdaşı cəzalandırılıb - FOTO
Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifovun iştirakı ilə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərə baxılması və prosesə ümumi nəzarətin həyata keçirilməsi məqsədilə Maliyyə Nazirliyi nəzdində yaradılmış Xüsusi Komissiyanın iclası keçirilib. Nazirlikdən «APA-ECONOMICS»ə verilən məlumata görə, iclasda S.Şərifov bildirib ki, əmanətlərin qaytarılması ilə bağlı postsovet məkanında ən işlək, ən səmərəli, ən ədalətli və insanlar üçün ən məqbul variantın məhz Azərbaycanda tətbiq olunub.
«Kapital Bank»ın xidmət məntəqələrində fərdi birdəfəlik ödəmələrin verilməsi işinin uğurla davam etdiyini bildirən nazir qeyd edib ki, prosesin gedişində zaman-zaman ortaya çıxan problemlər operativ şəkildə həll edilir və nəzərdə tutulduğu kimi, əmanətçilərə ödəmələrin verilməsi 2013-cü ilin sonunadək tam şəkildə uğurla başa çatdırılacaq.
Nazir eyni zamanda Xüsusi Komissiyanın qarşıya qoyulmuş vəzifələri müvəffəqiyyətlə icra etdiyini, fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı yaranmış mübahisəli məsələlərlə bağlı əmanətçilər tərəfindən daxil olan müraciətlərin operativ şəkildə araşdırılaraq müvafiq qərarların qəbul edildiyini diqqətə çatdırıb.
Qeyd olunub ki, bu günədək Xüsusi Komissiyaya 1 080 ərizə daxil olub ki, bunlar da əsasən itmiş və yararsız vəziyyətə düşmüş əmanət kitabçaları ilə bağlıdır. Müvafiq araşdırma aparıldıqdan sonra Xüsusi Komissiya sözügedən müraciətlərdən 976-sı barəsində müsbət, 104-ü barəsində isə əlavə araşdırılmalar aparılması üçün «Kapital Bank»ın müvafiq filiallarına qaytarılmasına dair qərar qəbul edib.
Prosesə ciddi nəzarət olunduğunu vurğulayan S.Şərifov qeyd edib ki, indiyədək fərdi birdəfəlik ödəmələrin verilməsi zamanı korporativ normaları və vəzifə borclarını pozan «Kapital Bank»ın bir neçə əməkdaşı inzibati qaydada cəzalandırılıb. O da bildirilib ki, Xüsusi Komissiya üzvləri yerlərə ezam olunaraq prosesin maksimum şəffaf və operativ şəkildə həyata keçirilməsinə bilavasitə nəzarət etməlidirlər.
İclasın işində «Kapital Bank»ın rəhbərliyi, o cümlədən Maliyyə, Ədliyyə, Daxili İşlər, İqtisadi İnkişaf, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Sosial Müdafiə Fondunun və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Xüsusi Komissiyada təmsil olunan nümayəndələri də iştirak edib.

Oxşar yazılar

"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34
Azercell-dən “Premium” tarif istifadəçilərinə 6 aylıq pulsuz “Wolt+” abunəliyi!
14 iyul 2025 , 12:55
Unibank 2025-ci il birinci yarım ilinin maliyyə nəticələrini açıqlayıb
14 iyul 2025 , 11:36
"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49