İqtisadiyyata kredit qoyuluşu 14 faiz artıb
2010-cu il noyabr ayının 1-ə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 9065,2 milyon manat təşkil edib.
Azərbaycan Mərkəzi Bankının mətbuat xidmətində Lent.az-a bildiriblər ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8 artıb. Kredit qoyuluşlarının cəmisi 454,0 milyon manatı (5 faiz) vaxtı keçmiş kreditlərin payına düşüb.
Kreditlərin 29,3 faizi və ya 2655,8 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2183,8 milyon manat (24,1 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 464,1 milyon manatı (5,1 faiz), sənaye və istehsalın payına isə 662,9 milyon manatı (7,3 faiz) düşüb.
Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1036,3 milyon manatı və ya 11,4 faizi, kənd təsərrüfatı və emalına 442,4 milyon manatı və ya 4,9 faizi, inşaat və əmlak sahəsinə 620,6 milyon manat (6,8 faiz), digər sahələrə isə 47,9 milyon manatı və ya 0,5 faizi yönəldilib. 2010-cu il noyabrın 1-ə kreditlərin 2516,9 milyon manatı (27,8 faiz) qısamüddətli, 6548,3 milyon manatı (72,2 faiz) isə uzunmüddətli kreditlər olub.
Dövlət bankı tərəfindən iqtisadiyyata 3938,5 milyon manat (43,4 faiz), özəl banklar tərəfindən 4935,1 milyon manat (54,5 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 191,6 milyon manat (2,1 faiz) kredit qoyulub. Kreditlərin 5680,5 milyon manatı və ya 62,7 faizi manatla, 3384,8 milyon manatı və ya 37,3 faizi xarici valyuta ilə verilib.

Oxşar yazılar

"Kapital Bank" ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
21 may 2025 , 15:38
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu
21 may 2025 , 15:08
ABB “2025 WMF Dünya Kuboku”nun tərəfdaşıdır!
21 may 2025 , 10:03
Tramp bu yolla 324.5 milyon dollar qazandı
21 may 2025 , 06:39
“Qızların STEM-də yüksəlişi” proqramının qalibləri açıqlandı
20 may 2025 , 16:23
Kapital Bank daha bir mükafata layiq görüldü: “Ən yaxşı kommersiya bankı 2025”
20 may 2025 , 15:22
“Bakcell” süni intellekt təlimi təşkil etdi
20 may 2025 , 14:06