Uzun illərdi  axtarışda idi: qadının cinayətləri eşidənləri ŞOKA SALDI
21 may 2025 13:41 (UTC +04:00)

Uzun illərdi axtarışda idi: qadının cinayətləri eşidənləri ŞOKA SALDI

Türkiyədə uzun illərdir axtarışda olan 51 yaşlı qadın saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Aksaray şəhərində keçirilən əməliyyatlar zamanı E.Ö. yaşadığı Tacin məhəlləsindəki evdə ələ keçirilib.

Məlumata görə, polislər əvvəlcə 1 həftə ərzində qadını texniki vasitələrlə izləyiblər. Sonra isə əməliyyat baş tutub. Qeyd olunur ki, E.Ö. oğurluq, hədələmə, təhqir, yüngül yaralama, əmlaka zərər vurma, fahişəliyə cəlbetmə kimi ittihamlarla bağlı 100 cinayətdə təqsirli bilinir. Məhkəmə onun barəsində 94 il 5 ay azadlıqdan məhrumetmə cəzası təyin edib.

Qadın saxlanılandan sonra dərhal cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1052

Oxşar yazılar