Arda Turanın yeni komandada  alacağı maaşı   bəlli oldu
21 may 2025 19:20 (UTC +04:00)

Arda Turanın yeni komandada alacağı maaşı bəlli oldu

Arda Turanın məşqçilik karyerasını davam etdirəcəyi ünvan Donetskin “Şaxtyor” klubudur. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, "Eyyupspor"u Superliqaya çıxaran və göstərdiyi performansla rəğbət qazanan Turan, razılığa gəlditi Ukrayna komandasından illik 2 milyon avro maaş alacaq. 

Turan “Fənərbaxça” oyunundan sonra verdiyi açıqlamalarla da vida mesajını vermişdi.

"Hədəflərimiz tamamlandı, liqada qaldıq. Biz liqanın yuxarı pillələrində qalmaq və mümkünsə Avropaya getmək arzusunda idik. Açığı, beynimdə və ürəyimdə həmişə bu məqsəd var idi, amma klubumuz üçün hələ tez olduğunu düşünürdüm. Bəlkə də bizim üçün ən yaxşısı budur. Biz təkcə bu mövsümün uğur və uğursuzluğuna baxmırıq, amma bu, bütün mövsüm boyu möhtəşəm idi. Eyyupspor üçün səyahət və böyük təcrübə".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1054

Oxşar yazılar