Tramp bu yolla 324.5 milyon dollar  qazandı
21 may 2025 06:39 (UTC +04:00)

Tramp bu yolla 324.5 milyon dollar qazandı

ABŞ prezidenti Donald Tramp və müttəfiqləri yanvar ayında TRUMP kriptovalyutasının istifadəyə verilməsindən sonra 300 milyon dollardan çox gəlir əldə ediblər.

Lent.az xəbər verir ki, bununla bağlı “Newsmax” telekanalı məlumat yayıb.

“Yanvar ayında TRUMP tokeninin istifadəyə verilməsindən bəri ticarət fəaliyyəti prezident Donald Tramp və onun müttəfiqlərinə 324,5 milyon dollar qazandırıb”, - telekanal açıqlayıb bildirib.

Bu məbləğin 900 min dollarının son iki gündə daxil olduğu bildirilir.

Kriptovalyutanın ən yaxşı 200 sahibinin Vaşinqtonda Trampın özü ilə şam yeməyinə dəvət ediləcəyi elanından sonra sikkənin bazar dəyəri 50% artaraq 2,7 milyard dollara çatıb.

Qeyd edək ki, mayın 22-də Vaşinqtondakı Tramp Qolf Klubunda prezidentlə fərdi şam yeməyi keçiriləcək.

Siyahıda reytinqə sahib 25 lideri dövlət başçısı ilə VİP görüş və ertəsi gün Ağ Evə ekskursiya gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574

Oxşar yazılar