Nesrin Cavadzadədən azərbaycanlı izləyicilərini qəzəbləndirən PAYLAŞIM
21 may 2025 15:05 (UTC +04:00)

Nesrin Cavadzadədən azərbaycanlı izləyicilərini qəzəbləndirən PAYLAŞIM

Son olaraq "Sandıq Kokusu" serialında rol alan aktrisa Nesrin Cavadzadə, bu dəfə sosial şəbəkədə etdiyi paylaşım ilə gündəmə gəlib.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, açıq kürəkli fotolarını izləyiciləri ilə bölüşən aktrisanın paylaşımına "Azeri görl" (yəni “azəri qız”) qeydi əlavə etməsi diqqət çəkib. Lakin bu ifadə Azərbaycanlı izləyicilər tərəfindən tənqidlə qarşılanıb.

Türkiyədə uğurlu karyerası ilə tanınan Cavadzadə, bu paylaşımı ilə sosial mediada müzakirə mövzusuna çevrilib. Paylaşımda istifadə etdiyi "Azeri görl" ifadəsi azərbaycanlı istifadəçilərin narazılığına səbəb olub. Bir çox izləyici bu sözün yanlış və kiçildici bir ifadə olduğunu bildirib. Onların fikrincə, “azəri” termini doğru etnik kimliyi əks etdirmir.

İzləyicilərdən gələn bəzi rəylər belə olub:

“Biz azəri yox, Azərbaycan türküyük”

“Özünü təqdim etmə tərzinə diqqət et”

“Azəri sözü rusların bizə taxdığı addır”

Nesrin Cavadzadənin paylaşımı etnik və kimlik məsələlərinə həssas yanaşan azərbaycanlı izləyicilər tərəfindən tənqidlə qarşılanıb və bu mövzu sosial şəbəkələrdə müzakirəyə səbəb olub.

Nesrin Cavadzade'den Azerbaycanlı takipçilerini kızdıran paylaşım


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1129

Oxşar yazılar

Məşhur model pərəstişkarlarını yeni FOTOLARLA  sevindirdi

Məşhur model pərəstişkarlarını yeni FOTOLARLA sevindirdi

21 may 2025 , 19:59
Dilan Polat və əri avtomobil qəzası keçirdi: "Ölümdən döndük"

Dilan Polat və əri avtomobil qəzası keçirdi: "Ölümdən döndük"

21 may 2025 , 15:20
Məşhur müğənni Maradonanın öldüyünü indi bildi

Məşhur müğənni Maradonanın öldüyünü indi bildi

21 may 2025 , 15:19
Xalq artistinin qolu sındı

Xalq artistinin qolu sındı

20 may 2025 , 18:21
Gökseli bu halda görənlər onu tanımadılar

Gökseli bu halda görənlər onu tanımadılar

20 may 2025 , 15:38
İzləyicilər səhnəyə dırmaşdı : Ece Seçkindən sərt reaksiya

İzləyicilər səhnəyə dırmaşdı: Ece Seçkindən sərt reaksiya

20 may 2025 , 10:42
Müğənni Mirkamil əməliyyat  olundu

Müğənni Mirkamil əməliyyat olundu

20 may 2025 , 02:41
Tanınmış aktrisa səhnədə huşunu itirdi

Tanınmış aktrisa səhnədə huşunu itirdi

19 may 2025 , 14:32