"Arsenal"ın və "Barselona"nın keçmiş futbolçusu klubsuz qalacaq
21 may 2025 14:51 (UTC +04:00)

"Arsenal"ın və "Barselona"nın keçmiş futbolçusu klubsuz qalacaq

İtaliyanın "Udineze" klubunun 36 yaşlı hücumçusu Aleksis Sançes tezliklə azad agentə çevriləcək.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, klub və futbolçu müqavilənin vaxtından əvvəl ləğvi ilə bağlı razılığa gəliblər.

Qeyd olunur ki, çilili ötən yay “Udineze”yə qayıtsa da, özünü sübut edə bilməyib: 13 oyunda bir qol vurmayıb.

Hazırda Sançesin gələcəyi ilə bağlı sual açıq qalır - o, Avropada qalacaq, yoxsa karyerasının başa vurmaq qərarına gələcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 469

Oxşar yazılar