Türkiyədə kişi anası ilə görüntülü danışarkən ölüb.
Lent.az yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhərinin Beybazarı qəsəbəsindəki parkda baş verib.
İşlərini bitirəndən sonra Gənclik parkında dincələn 37 yaşlı Fateh Özkan anası Əminəyə görüntülü zəng edib. Danışıq zamanı kişinin halı qəfil pisləşib və o, yıxılıb. Xəstəxanaya yerləşdirilən Fateh Özkanın infarkt keçirərək öldüyü məlum olub.
Ailəli və 2 uşağı olan mərhum yaşadığı qəsəbədə dəfn edilib.