55 yaşlı Dağıstan sakini Məkkəyə piyada gedib.
Lent.az-ın xarici mediaya istinadla bildirir ki, Botlixdən olan zəvvar Dibirhaci Derbişev bu il yanvarın 26-da səfərə çıxıb. Özü ilə yalnız bir çanta götürüb, əsas məqsədi müqəddəs torpaqlara heç bir nəqliyyatdan istifadə etmədən piyada getmək olub.
Səyahət təxminən dörd ay çəkib. Yolda yad adamlarla gecələmək üçün dayanıb. Bütün çətinliklərə baxmayaraq, Məkkəyə çatıb və bununla da ümrəni yerinə yetirib.
Derbişev mayın ortalarında sağ-salamat vətənə qayıdıb. Bütün kənd onu qarşılayıb. Zəvvarın sözlərinə görə, yolu çətin olsa da, həmişə kömək etmək istəyən adamlar tapıb.