Qanunsuz torpaqlar bələdiyyələr vasitəsilə rəsmiləşdiriləcək
Arif Qaraşov qanunsuz yolla torpaq almış şəxsləri bu əmlakı bələdiyyələr vasitəsilə rəsmiləşdirməyə çağırır
“2007-ci il noyabrın 1-dən sonra bələdiyyələr tərəfindən satılmış torpaqlar dövlət qeydiyyatına alınmayacaq. Mənim qanunsuz yolla torpaq almış şəxslərə məsləhətim budur ki, aldıqları torpaqları yeni qayda ilə yenə həmin bələdiyyələrin vasitəsilə rəsmiləşdirsin”.
Lent.az-ın məlumatına görə, bu barədə Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin rəisi Arif Qaraşov jurnalistlərlə söhbətində məlumat verib. Onun sözlərinə görə, qanunsuz torpaqların rəsmiləşdirilməsi üçün vətəndaşlar Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi nəzdində yaradılmış hərrac komissiyalarına müraciət etməlidir.
Arif Qaraşov vurğulayıb ki, vətəndaş bələdiyyədən aldığı torpaq üçün ödədiyi xərclər nəzərə alınmaqla mülkiyyətin rəsmiləşdirilməsi üçün hüquqi forma tapılmalı və əhaliyə hüquqi yardım göstərilməlidir. Onun sözlərinə görə, satışı nəzərdə tutulmayan torpaqları, yəni neft mədənlərində, sənaye müəssisələrinin tabeliyində olan ərazilərdə, yüksək gərginlikli elektrik və yüksək təzyiqli qaz xətlərinin yaxınlığında boş sahələri satan şəxslər bu işə görə məsuliyyət daşıyır. Ona görə də həmin şəxslər bu və ya digər şəkildə öz səhvlərini düzəltməlidir.
“İndiyədək qanunsuz yolla torpaq alıb orada ev tikən əhalinin üzərinə günah kölgəsi salmaq fikrində deyiləm. Əlbəttə, bu insanlar gərək əvvəlcədən hüquqi cəhətdən maarifləndiriləydi. Bu işi isə yenə də bələdiyyələr və müvafiq rayon icra hakimiyyətlərinin rəhbərləri görməliydi” - deyə, Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin rəisi vurğulayıb.
Arif Qaraşov əlavə edib ki, bələdiyyələr bu torpaqları iki yolla satıb. Birincisi halda torpaqların qanunsuz satışı müvafiq orqanlarla razılaşdırılmayıb, ikinci halda isə belə razılaşma olub. Onun sözlərinə görə, müvafiq icra hakimiyyəti orqanları öz sənədlərində “ərazidə torpaq satışının qanuna müvafiq həllinə etiraz etmirik” yazır. Ancaq Daşınmaz Əmlakının Dövlət Reyestr Xidmətinin rəisi bu ifadəni mücərrəd forma kimi dəyərləndirir. O, qeyd edib ki, torpaq satışına razılıq verən qurumların bu məsələyə münasibəti konkret olmalıdır: “Çünki “ərazidə torpaq satışının qanuna müvafiq həllinə etiraz etmirik” ifadəsi bələdiyyələrə şərait yaradıb ki, onlar mülkiyyətində olan torpaqları sata bilər”.
Bununla belə, xidmət rəisi əlavə edib ki, 2007-ci il noyabrın 1-dən sonra satılmış torpaqların qanunsuz hesab olunması heç də həmin ərazilərdə tikililərin söküləcəyi anlamına gəlmir. Onun sözlərinə görə, qeydiyyatsız ərazilərdə tikilmiş evlərdə qaz, işıq, su sayğaclarının quraşdırılması həmin əmlakların qanuni, ya qanunsuz olmasına heç bir təsir etmir: “Əmlakın qanuni olub-olmaması digər sənədlərlə səciyyələnir. Əgər torpaq qanuni ayrılıbsa və tikinti üçün layihə-smeta sənədləri arxitektura strukturları tərəfindən təsdiq olunubsa və həmin layihə üzrə tikintiyə rayon icra hakimiyyəti sərəncam veribsə, bu əmlakın sahiblərinə mülkiyyət sənədləri veriləcək. Satışı qadağan olunmuş ərazilərdə ev tikmiş şəxslər, hətta əlində belə sənədlər olsa da, məhdudiyyətlərlə üzləşəcək”.
Elxan SALAHOV

2358