2024-cü il Paris Olimpiadasında Uqandanı təmsil edən və 44-cü yeri tutan Rebekka Çepteqey vəfat edib.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, xəstəxanadan onun üç gün reanimasiyada qaldıqdan sonra öldüyü açıqlanıb. Onun həyati orqanları bərpa oluna bilməyib.
Çepteqeyi bu həftənin əvvəlində dostu yandırıb. O, bədəninin 75 faizinin yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onu yandıran Dikson Endima Maranq da yaralanıb və xəstəxanadadır.
Müstəntiqlərin sözlərinə görə, Çepteqey uşaqları ilə birlikdə kilsədən qayıdandan sonra hücuma məruz qalıb. İddialara görə, ortağı ona benzin tökərək yandırıb.
Qonşular cütlüyü xilas edərək xəstəxanaya çatdırıblar. Çepteqeynin atası Mazi Cozef Çepteqey deyib ki, qızı ilə onu yandıran şəxs əvvəllər ayrılıb, ayrı yaşayırdılar və sadəcə dost idilər. Onun sözlərinə görə, onlar hadisədən əvvəl Andabasdakı torpaq üstündə mübahisə ediblər. "Onlar sadəcə dost idilər və görəsən niyə qızıma məxsus əşyaları götürmək istəyib", - Mazi Çepteqey deyib.