
Şahin Diniyev istefa verdi: "Mən sözü bir dəfə deyirəm"
“Kəpəz”in baş məşqçisi Şahin Diniyev istefa verib. Bu barədə apasport.az saytına 51 yaşlı mütəxəssisin özü məlumat verib.
Diniyev bu addımı ölkə çempionatının XII turu çərçivəsində bu gün “Səbail”ə məğlub olduqları oyundan sonra atıb. Qarşılaşma ev sahiblərinin 2:3 hesablı məğlubiyyəti ilə nəticələnib.
İstefası haqda qısa danışan Diniyev bunları deyib: "Öz istəyimlə istefa verdim. Qərarımı oyunsonrası mətbuat konfransında açıqladım. Qərarım rəhbərlik tərəfindən qəbul olundumu? Mən sözü bir dəfə deyirəm, geriyə dönüş yoxdu. İstefa verdimsə, deməli, bu postu tərk edirəm".
Qeyd edək ki, Şahin Diniyev 2015-ci ildən "Kəpəz"i çalışdırırdı.
Oxşar yazılar

Milyard necə bölündü? - Klublararası dünya çempionatında komandaların qazancı
15 iyul 2025 , 20:15
“Real” gənc oyunçunu 50 milyon avroya geri qaytardı - indi satışa hazırlaşırlar
15 iyul 2025 , 19:07
Tramp tarixin ən yaxşı futbolçusunun adını çəkdi
15 iyul 2025 , 11:53
PSJ onu almaq üçün 3 oyunçunu satır
15 iyul 2025 , 09:54
Yamal ad gününə gəlməsi üçün modelə 20 min avro təklif edib
15 iyul 2025 , 04:43
“Milan” Luka Modriçin transferini açıqladı
14 iyul 2025 , 22:07
Əşrəf Hakimi top modellə sevişir: yeni gözəl cütlük -FOTOLENT
14 iyul 2025 , 19:59