“Roşka” ləqəbli tiktokerin  məhkəməsi başladı
15 iyul 2025 18:07 (UTC +04:00)

“Roşka” ləqəbli tiktokerin məhkəməsi başladı

“Roşka” ləqəbli tiktoker Rövşən Süleymanovun cinayət işi üzrə məhkəməsi prosesi başlayıb

Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə hazırlıq iclası keçirilib.

Prosesdə anket məlumatları dəqiqləşdirilib.

Təqsirləndirilən şəxsin müdafiəçisi Muradlı Mircəlal vəsatət verərək onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilməsini xahiş edib.O,əlavə olaraq müdafiə tərəfinin verdiyi sübutların məhkəmə sübutları siyahsına əlavə olunması üçün də vəsatət qaldırıb.

Vəsastət təmin olunmayıb.
 
Vəkil işin baxışa verilməsinə etiraz edib və araşdırmanı aparan istintaq orqanına qaytarılmasını xahiş edib.

İş baxışa verilib və növbəti proses iyulun 22-nə təyin olunub.
  
Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanov bu ilin yanvar ayında canlı yayınlarda əxlaqsızlığın təbliğinə qarşı polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıb.

Nəsimi rayonu Məhkəməsininin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. 

Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Xatırladaq ki, Rövşən Süleymanzadə daha öncə də 45 günlük inzibati həbs edilib.

Fidan Fərmanlı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 694

Oxşar yazılar