“Qarabağ”ın kapitanı Rəşad Sadıqov Avroliqanın qrup mərhələsində “Dnepr”ə qalib gəldikləri oyunu dəyərləndirib. Lent.az-ın azerisport.com-a istinadən verdiyi məlumata görə, təcrübəli müdafiəçi rəqibi “feyr-pley”ə əməl etməməkdə günahlandırıb: “Çox vacib və ağır oyun idi. “Dnepr”in heyəti çox güclüdür, üstəlik, komanda Ukrayna çempionatında yaxşı çıxış edir. Onların iştirakı ilə keçirilən bir çox oyuna baxmışdıq. Açığı, rəqibdən bir qədər ehtiyatlanırdıq. Bununla belə, ilk dəqiqələrdən çalışdıq ki, həyəcan hissini üzərimizdən ataq. Əsas məqsəd uduzmamaq idi. Yaxşı ki, qələbə qazandıq. Rəqib futbolçular kobud oynayırdılar. Hətta “feyr-pley”i unutduqları anlar da oldu”.

Oxşar yazılar

Messi Ronaldo ilə səs-küylü görüşə hazırlaşır: danışıqlar aparılır
7 iyul 2025 , 19:20
Müller “Bavariya”dan ayrıldı, Messinin yanına gedə bilər
7 iyul 2025 , 18:50
Tarixin ən yaxşı 30 komandası: Qvardiola üç ən yaxşı klubun arxitektoru
7 iyul 2025 , 15:39
Yamalın tətil əyləncəsi: yaxta icarəyə götürüb 8 qız dəvət etdi - FOTOLENT
7 iyul 2025 , 13:12
PSJ "Real"ın əsas hücumçusunu alır
7 iyul 2025 , 09:39
Con Duran "Fənərbaxça"da!
6 iyul 2025 , 22:30
Parti həbs təhlükəsi üzündən "Arsenal"ı tərk edir?
6 iyul 2025 , 11:02