“Barselona”nın müdafiəçisi Xerard Pike maraqlı açıqlaması ilə diqqəti çəkib. Lent.az-ın məlumatına görə, komanda yoldaşı Luis Suares haqda danışan 27 yaşlı futbolçu bunları deyib: “Məşqlərdə rəqib komandalarda oynayanda Suaresə deyirəm: “Luis, məni dişləmə. O isə cavab olaraq gülür. Suares başa düşür ki, oyun vaxtı dişləmək yaxşı hal deyil. Düzdür, o bunu edib, ancaq hər dəfə sonradan üzr istəyib. Suares məşqlərdə də çox aqressivdir, yorulmaq bilmir. İstəyir ki, hər dəfə qol vursun. Məşqlərə təzə qatılanda fiziki cəhətdən hazır deyildi. Amma indi bu problemi aradan qaldırıb”.
Qeyd edək ki, Suares Uruqvay – İtaliya matçında rəqibin müdafiəçisi Corcio Kyellininin çiynini dişlədiyi üçün futboldan 4 aylıq diskvalifikasiya edilmişdi.