Nuripaşa Talibov: “Bizi çətin sınaq gözləyir” - AÇIQLAMA
18 dekabr 2012 15:59 (UTC +04:00)

Nuripaşa Talibov: “Bizi çətin sınaq gözləyir” - AÇIQLAMA

 

Ümumdünya Boks Seriyasında (WSB) mübarizə aparan “Baku Fires” Bakıda əsas rəqiblərindən olan “Mexico Guerreros”u məğlub edərək, 3 oyundan sonra 100 faizlik nəticə göstərib. Lent.az-ın məlumatına görə, 4:1 hesabı ilə komandamızın xeyrinə başa çatan qarşılaşmadan sonra baş məşqçi Nuripaşa Talibov sevincini gizlətməyib.

 

Talıbov deyib: “Meksika komandası qrupda güclü rəqiblərimizdəndir. 73 kq-da mübarizə aparan Məhəmməd Nurutdinovun döyüşü gərgin keçdi. Halbuki o, rahat şəkildə qələbə qazana  bilərdi. Görünür, döyüşün əvvəlində rəqibi noqdauna salması onu rahatlaşdırdı və boksçumuz bir az arxayınlaşdı. 4-cü raundda Kamminqs artıq hesabı bərabərləşdirmişdi. Yaxşı ki, həlledici hissə də Nurutdinov özündə güc taparaq, qalib gələ bildi. 85 kq çəki dərəcəsində yarışan Hacımurad Nasrutdinov komandamızın heyətində debüt etdi. O, sırf təcrübə baxımından rəqibə uduzdu. Amma gənc boksçudur, yaxşı potensialı var.  Məhəmmədrəsul Məcidova gəlincə, o da,  biz də istəmirdik ki, döyüş belə tez yekunlaşsın. Məcidov Olimpiadadan sonra ilk dəfə rinqə çıxırdı. Amma sol əli ilə rəqibi qarşılayanda Meksika boksçusu yerə yıxıldı və “Mexico Guerreros”un məşqçiləri döyüşü dayandırdılar”.

 

Baş məşqçi “Baku Fires”in gələcək planları haqda da danışıb: “Yanvarda bizi ardıcıl çətin görüşlər gözləyir. İş elə gətirdi ki, Rusiya komandası ilə qarşılaşma da yanvara keçirildi. Demək olar ki, hər həftə döyüş keçirməli olacağıq. Əlbəttə, bu baxımdan bizə çətin olacaq. Amma məqsədimizə nail olmağa çalışacağıq. Komandaya bu günlərdə istirahət verəcəyik. Onlar fərdi şəkildə tapşırıqlarımızı yerinə yetirməlidirlər. Yanvarın 3-də yenidən Bakıda bir araya gəlib təlim-məşq toplanışına başlayacağıq. Məşqlərimizi “Sərhədçi” Idman Olimpiya Mərkəzində keçirəcəyik. Klub rəhbərliyi burda bizə hər bir şərait yaradıb”.

 

 

 

# 693
avatar

Oxşar yazılar

Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47
Çempionlar Liqası:  "Bavariya" "Real Madrid"lə heç-heçə edib

Çempionlar Liqası: "Bavariya" "Real Madrid"lə heç-heçə edib

1 may 2024 , 00:57