Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO
02 may 2024 02:22 (UTC +04:00)

Naxçıvanda yol qəzası baş verib, xəsarət alanlar var -FOTO

Babək rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var.

Lent.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə rayonun Badaşqan kəndi ərazisində qeydə alınıb.

67-BK-444 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" markalı avtomobil yoldan çıxaraq meyvə bağına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 şəxsdən ikisi - Babək rayon Sirab kənd sakinləri 2000-ci il təvəllüdlü İbrahimov Ramin Ağalar oğlu və 2001-ci il təvəllüdlü Səfərli Ənvər Şahin oğlu xəsarət alıblar.

Onlar Naxçıvan Mərkəzi Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

# 1587
avatar

Oxşar yazılar