Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.
Lent.az-ın xəbərinə görə, iclasda 100-dən artıq müraciətə baxılıb.
Bununla da Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 400-ü keçib.
Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilir.