Həkimin qadın, yaxud kişi olması   xəstələrin ölüm nisbətinə necə təsir edir?
01 may 2024 19:48 (UTC +04:00)

Həkimin qadın, yaxud kişi olması xəstələrin ölüm nisbətinə necə təsir edir?

ABŞ alimləri tərəfindən aparılan bir araşdırmada, xəstələrin sağ qalması və remissiyasına həkimin cinsinin danılmaz təsiri olub. Nəticələrə görə, qadın həkimləri olan xəstələrdə sağ qalma və remissiya nisbətləri kişi həkimlərin müalicə etdiyi xəstələrə nisbətən daha yüksək olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildən 2019-cu ilə qədər olan dövr üçün çoxlu sayda xəstə müraciətinin təhlili əhəmiyyətli statistik göstəriciləri ortaya qoyub.

Qadın həkim tərəfindən müalicə olunan qadın xəstələrdə ölüm nisbəti kişi həkim tərəfindən müalicə olunanlara nisbətən 0,23% aşağı olub. Oxşar nəticələr kişilər arasında görülüb, qadınlar tərəfindən müalicə olunan xəstələrdə daha yaxşı sağ qalma nəticələri göstərilib.

Bu təsirin səbəbi nədir?

Alimlər bunun tibbi təcrübəyə yanaşmanın özəlliyi ilə bağlı olduğunu irəli sürüblər. Araşdırmaya görə, qadın həkimlər xəstələrlə ünsiyyətə daha çox vaxt sərf edirlər ki, bu da hər bir fərdin ehtiyaclarını daha yaxşı başa düşməyə və uyğunlaşmaya səbəb olur. Bundan əlavə, onlar daha tez-tez tibbi standartlara riayət edirlər, bu da müalicənin effektivliyinə və sonrakı remissiyaya təsir göstərir.

Bu nəticələr nəinki qayğıkeş və fərdiləşdirilmiş xəstə baxımının vacibliyini vurğulayır, həm də tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına və xəstələrin sağ qalma müddətinin artırılmasına yönəlmiş yeni səhiyyə strategiyalarının hazırlanması üçün əsas ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3315
avatar

Fidan İlqar

Oxşar yazılar