İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı
02 may 2024 12:42 (UTC +04:00)

İranlı narkotacir polisdən qurtulmaq üçün özünü binadan atdı

0

Türkiyədə narkotik alverçilərinə qarşı əməliyyat keçirilib.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, əməliyyat İstanbul şəhərinin Esenyurt adlanan ərazisində baş tutub. Polisə ərazidəki 11 mərtəbəli binanın 5-ci mərtəbəsində narkotacirlərin olması barədə məlumat daxil olub.

Əməliyyat zamanı isə gözlənilməz hadisə yaşanıb. İran əsilli M.E. polisə yaxalanmamaq üçün özünü 5-ci mərtəbədən atıb. Polislər xəsarət alan şəxs üçün təcili tibbi yardıma məlumat veriblər və o, xəstəxanaya yerləşdirilib.

Həmçinin evdə olan digər şübhəli də saxlanılıb. Araşdırmalar davam etdirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4195

Oxşar yazılar