Del Boskeyə vəzifə verildi
01 may 2024 16:23 (UTC +04:00)

Del Boskeyə vəzifə verildi

İspaniya millisinin və “Real”ın sabiq baş məşqçisi Visente del Boskenin yeni iş yeri bəlli olub.

Lent.az AS nəşrinə istinadən xəbər verir ki, 74 yaşlı mütəxəssis İspaniya Kral Futbol Federasiyasının (RFEF) Nəzarət Komissiyasına rəhbərlik edəcək.

İspaniya 2030-cu ildə keçiriləcək dünya çempionatının 6 ev sahibindən biridir. Del Boske qurumun bu məsələdə əsas söz sahibi olacaq. Yerli hökumət onun sayəsində İspaniya futbolunun yenidən dirçələcəyinə inanır.

Qeyd edək ki, Del Boske İspaniya millisinə 2010-cu ildə dünya, 2012-ci ildə isə Avropa çempionluğunu qazandırıb. O, "Real"la iki dəfə Çempionlar Liqasının, iki dəfə isə La Liqanın qalibi olub.

# 1650
avatar

Oxşar yazılar