Telli Borçalı ilə Aşıq Zülfiyyə arasında saz davası
02 may 2024 10:52 (UTC +04:00)

Telli Borçalı ilə Aşıq Zülfiyyə arasında saz davası

Telli Borçalı və Zülfiyyə İbadova arasında qalmaqal yaşanıb.

 Lent.az-ın xəbərinə görə, bir müddət əvvəl Aşıq Zülfiyyənin söylədiyi “Mən Aşıq Telli Borçalıya öz sazımı etibar etmərəm, çünki o, öz sazını dəfələrlə restoranda unudub gedib” deməsi Telli Borçalının qulağına çatıb və o bu xəbərə qəzəblənib.

Telli Borçalı qatıldığı teleproqramlardan birində “Mən nəinki sazımı, heç kibrit çöpümü belə aşıq Zülfiyyəyə etibar etmərəm. Bəzi insanlar var ki, üz-üzə gələndə susurlar, arxasıyca isə danışırlar. Mən belə şeyləri əsla qəbul etmirəm və sevmirəm. Məni tanıyanlar da xasiyyətimə bələddirlər. Kimsə mənə nəsə deyəndə də elə olub ki, o insanın cavabını bütün toplumun içində verirəm və dediyi sözü özünə qaytarıram”,- deyib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8631
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar