“Titanik” gəmisinin qalıqlarından  tapılan qızıl saat rekord qiymətə  satıldı
02 may 2024 11:14 (UTC +04:00)

“Titanik” gəmisinin qalıqlarından tapılan qızıl saat rekord qiymətə satıldı

1912-ci ildə okenada batmış “Titanik” gəmisinin ən varlı sərnişininə məxsus cib saatı İngiltərədə keçirilən hərracda rekord qıraraq 1,46 milyon dollara satılıb.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, “John Jacob Astor IV-in Waltham” hərracında satılan cib saatının alıcısı amerikalı olub. Saatın ilkin qiyməti 150.000 funt-sterlinq təşkil edib.

Astor soyadını daşıyan həmin şəxsin üzərindən həmçinin brilyant üzük, qızıl və brilyant qol düymələri, 225 funt sterlinq və 2440 dollar tapılıb.

Astor “Titanik” gəmisinin ən varlı sərnişini kimi tanınır və o dövrdə dünyanın ən varlı adamlarından biri hesab olunurdu. Onun sərvəti təxminən 87 milyon dollar idi, bu indiki pulla bir neçə milyard dollara bərabərdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4137
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar