12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı
07 iyul 2025 12:57 (UTC +04:00)

12 yaşlı uşaq oğurladığı avtomobili 30 dollara satdı

ABŞ-ın Miçiqan ştatının Oklend qraflığında 12 yaşlı uşaq avtomobil qaçırıb. 

Lent.az xarici mediaya istinadla bildirir ki, Şerif Maykl Buşardın sözlərinə görə, avtomobil oğurluqlarında şübhəli şəxsi tutmağa 1 ay vaxt sərf olunub. İyunun 28-də onun idarəsi cinayətkar üçün pusqu qurub. Onlar 12 yaşlı uşağı dayanacaqda cinayət başında yaxalaya biliblər. O, həbs edilib.

İstintaq zamanı məlum olub ki, yeniyetmə dörd avtomobil oğurlayıb və onlardan birini absurd ucuz qiymətə - 30 dollara (51 manat) satıb. Gənc oğrunun alıcısının həbs edilib-edilmədiyi məlum deyil.

Buşard bildirib ki, oğlan oyunçulardan avtomobil oğurlamaq, mağaza soymaq və digər cinayətlər törətmək tələb olunan “Grand Theft Auto” video oyun dünyasının qaydaları ilə yaşamağa çalışıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 494

Oxşar yazılar