Toydan 15 gün sonra ərini öldürmək üçün  "killer"lər tutdu
07 iyul 2025 11:56 (UTC +04:00)

Toydan 15 gün sonra ərini öldürmək üçün "killer"lər tutdu

Hindistanın Bihar əyalətində qadın toydan ay yarım sonra ərinin qətlini təşkil edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, 25 yaşlı Guncu Devi öz istəyinə zidd olaraq evləndirilib. Toydan sonra o, əvvəllər münasibətdə olduğu əmisi Cevan Sinq ilə iki qatil tutublar. İyunun 25-də onlar Guncunun əri Priyanşunu dəmiryol vağzalından motosikletlə qayıdarkən pusquya salıblar.

Polis cinayəti törədən hər iki şəxsi saxlayıb. Dindirilmə zamanı Guncunun ailə üzvləri ziddiyyətli ifadələr verib və qadın ərinin qohumlarının evindən qaçmağa çalışıb. Telefon danışıqlarının təhlili göstərib ki, o, əmisi ilə daimi ünsiyyətdə olub. O da öz növbəsində qatillərlə əlaqə saxlayıb.

Guncu sonradan həbs edilib. Əmisi isə gizləndiyi üçün axtarışa verilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1040

Oxşar yazılar