Mourinyodan hacıyevsayağı hərəkət
18 dekabr 2012 10:51 (UTC +04:00)

Mourinyodan hacıyevsayağı hərəkət

İspaniyanın “Real Madrid” klubunun baş məşqçisi Joze Mourinyo “Marca” qəzetinin əməkdaşı Anton Meananı söyüb. Lent.az-ın məlumatına görə, portuqaliyalı mütəxəssis jurnalistə “Mənə deyirdilər ki, sən it oğlu və pis insansan. Amma bu dərəcədə olduğunu düşünmürdüm” söyləyib.

 

Hadisə İspaniya çempionatında “kral klubu”nun “Espanyol”la 2:2 hesablı heç-heçə etdiyi oyunundan sonra mətbuat konfransında baş verib. Mourinyo sözlərinə belə davam edib: “Futbol dünyasında mən və ətrafım zirvədədir, sən isə jurnalistikada nəcissən”.

 

Baş məşqçinin sözlərinə görə, Meana “Real Madrid”ə və şəxsən ona nifrət edir, bu səbəbdən, təxribatçı suallar verir. Mourinyo Meananın informasiya mənbələrinə diqqətlə yanaşmasının gərəkliyini vurğulayıb.

 

Qeyd edək ki, özünü Joze Mourinyo ilə müqayisə edən “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev də Topaz Premyer Liqasının ötən turunda “Xəzər Lənkəran”a 1:2 hesabı ilə uduzduqları oyunun ardından mətbuat konfransında lənkəranlı jurnalisti təhqir edərək, zaldan qovdurub.

# 1172
avatar

Oxşar yazılar

Qadın futbolçular arasında DAVA:  7-si yaralandı

Qadın futbolçular arasında DAVA: 7-si yaralandı

2 may 2024 , 13:15
Klopp gələn il klubsuz qalacaq

Klopp gələn il klubsuz qalacaq

2 may 2024 , 09:35
PSJ səfərdə "Borussiya"ya uduzdu

PSJ səfərdə "Borussiya"ya uduzdu

2 may 2024 , 01:12
Del Boskeyə vəzifə verildi

Del Boskeyə vəzifə verildi

1 may 2024 , 16:23
“Qalatasaray” Mertensi buraxmaq istəmir

“Qalatasaray” Mertensi buraxmaq istəmir

1 may 2024 , 15:32
FHN-in əməkdaşı çempionatın qalibi olub

FHN-in əməkdaşı çempionatın qalibi olub

1 may 2024 , 14:00
"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

"Bavariya" - "Real Madrid" matçının ən yaxşı oyunçusu müəyyənləşib

1 may 2024 , 13:49
"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf  işə götürdü

"Mançester Yunayted"in hücumçusu şəxsi fotoqraf işə götürdü

1 may 2024 , 10:47