I Avropa Oyunlarının məşəli Xızı rayonuna gətirilib
31 may 2015 22:06 (UTC +04:00)

I Avropa Oyunlarının məşəli Xızı rayonuna gətirilib

Bu gün I Avropa Oyunlarının məşəli Xızı rayonuna gətirilib.

 

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Sumqayıt şəhərindən sonra Xızıya gətirilən məşəl şəhərin Heydər Əliyev prospektində rayon ictimaiyyət nümayəndələri tərəfindən  qarşılanıb.

 

Məşəl Yeni Yaşma kənd tam orta məktəbinin fiziki hazırlıq müəllimi Ağəli Əsgərov tərəfindən qəbul olunub. Bundan sonra 10 nəfər məşəlçinin yürüşünə start verib. Onlar növbə ilə məşəli bir-birinə ötürərək Heydər Əliyev prospekti boyunca iki kilometrədək məsafəni qət edərək Heydər Əliyev adına parka gətiriblər. Burada fəxri bədən tərbiyəsi və idman işçisi Elmik Məmmədhəsənov məşəli alovlandırıb.

 

Sonra isə Avropa Oyunlarının çırağı yandırılaraq, yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verilib.

 

Mərasim iştirakçıları birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarxı izləyiblər.

 

Beləliklə, Xızı I Avropa Oyunlarının məşəlinin alovlandırıldığı 53-cü yaşayış məntəqəsi olub.

 

İyunun 1-də Qusar və Quba rayonlarında məşəlin qarşılanma mərasimi olacaq. Günün sonunda isə Quba şəhərində  Alov festivalı keçiriləcək.            

                                  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 192

Oxşar yazılar

Almaniya millisinin üzvü “Bavariya”da

Almaniya millisinin üzvü “Bavariya”da

24 may 2025 , 03:37
“Napoli” İtaliya çempionu  oldu

“Napoli” İtaliya çempionu oldu

24 may 2025 , 01:03
Millimiz Sloveniyanı darmadağın  etdi

Millimiz Sloveniyanı darmadağın etdi

23 may 2025 , 22:44
“Real” Xabi Alonsonun  təqdimat tarixini  müəyyənləşdirdi

“Real” Xabi Alonsonun təqdimat tarixini müəyyənləşdirdi

23 may 2025 , 15:55
Modriçin "Real"dan ayrılma səbəbi  məlum oldu

Modriçin "Real"dan ayrılma səbəbi məlum oldu

23 may 2025 , 12:15
İtaliyanın 3 klubu  "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

İtaliyanın 3 klubu "Mançester Yunayted"in oyunçusunu almaq istəyir

23 may 2025 , 10:23
Ulduz futbolçu "Fənərbağça"dan gedir

Ulduz futbolçu "Fənərbağça"dan gedir

22 may 2025 , 19:46
“Mançester Yunayted”də dörd futbolçu  qalacaq

“Mançester Yunayted”də dörd futbolçu qalacaq

22 may 2025 , 18:56