Türkiyədə DƏHŞƏT:  ölən turistin ürəyini oğurladılar
23 may 2025 15:27 (UTC +04:00)

Türkiyədə DƏHŞƏT: ölən turistin ürəyini oğurladılar

28 yaşlı Britaniya vətəndaşı Türkiyədə istirahətdə olarkən qəfil dünyasını dəyişib. 

Lent.az xarici mediaya istinadla bildirir ki, qadının ərinin sözlərinə görə, meyitin müayinəsi onun ürəyinin olmadığını göstərib.

28 yaşlı Bet Martin əri Luka və iki azyaşlı uşağı ilə Türkiyəyə gəzməyə gedib. Bet Martin məzuniyyətinin ikinci günündə qəfil huşunu itirib və xəstəxanaya yerləşdirilib. İngilis qadını xəstəxanaya aparıblar, əri Lukaya isə arvadını görməyə belə qadağa qoyublar. Ertəsi gün qadın ölüb.

Kişi arvadının meyitini ölkəsinə aparmaq üçün pul toplayıb. Britaniyalı həkimlər yarılma zamanı şok bir həqiqəti aşkar ediblər - qadının bədənində ürək olmayıb. 

Ailəsi qeyd edir ki, orqan Türkiyədə götürülə bilərdi, lakin əri buna heç bir icazə verməyib.

Türkiyədə klinikada baş verən insident araşdırılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 708

Oxşar yazılar