Rusiyanın Çelyabinsk vilayətində ana 12 yaşlı qızını pis davranışına görə öldürmək istəyib.
Lent.az yerli mediaya istinadla bildirir ki, cinayət hadisəsi Kızıl rayonunun İzmailovski kəndində baş verib. Analıq hissini tamamilə itirən 46 yaşlı qadın 36 yaşlı dostunu öz evinə dəvət edib. Ona 12 yaşlı qızının pis davranışından bezdiyini söyləyərək, 100 min rubl müqabilində uşağı Bolşaya Karaqanka adlı yerli çayda boğmağı təklif edib.
Belə bir istəkdən şoka düşən kişi 4-cü sinif şagirdinə yazığı gəlib və onu öz evində gizlədib. Daha sonra hər şeyi hüquq-mühafizə orqanlarına bildirib.
Ana saxlanılaraq, barəsində cinayət işi açılıb. Azyaşlının sifarişli qətlini təhrik etdiyinə görə qadını 15 ilə qədər həbs cəzası gözləyir.