Çiyələyin insan orqanizminə  təsiri nədir? - CAVAB
23 may 2025 17:05 (UTC +04:00)

Çiyələyin insan orqanizminə təsiri nədir? - CAVAB

Çiyələk insan orqanizminə müsbət təsir göstərir.

Lent.az xarici mediaya istinadla məlumat verirki, bu meyvənin əsas üstünlüklərindən biri qanda qlükoza səviyyəsini tənzimləməsidir.

Çiyələyin qlikemik indeksi aşağıdır, bu da qan şəkərinin kəskin yüksəlməsinin qarşısını alır. Bu xüsusiyyət onu şəkərli diabet xəstələri üçün faydalı edir. Çiyələk iltihabəleyhinə və sağaldıcı xüsusiyyətlərə malikdir. Onun tərkibindəki antioksidantlar və C vitamini osteoartrit zamanı yaranan iltihabı və ağrını azaldır, eyni zamanda dərinin sağalmasına kömək edir.

Araşdırmalara görə, müntəzəm olaraq çiyələk yemək ürək sağlamlığı üçün faydalıdır. Həftədə üç dəfə çiyələk yemək, xüsusilə gənc qadınlarda infarkt riskini azalda bilər.

Çiyələyin tərkibindəki C vitamini yüksək səviyyədədir, bu da immunitetin möhkəmlənməsinə kömək edir. O, həmçinin fol turşusu ilə zəngindir - bu maddə DNT-nin qorunması və sağlam hamiləlik üçün vacibdir.

Çiyələkdəki antioksidantlar xərçəngə qarşı qoruyucu təsir göstərir və xolesterin səviyyəsini azaldır. Bu meyvənin qəbulu ümumi xolesterini 10 faiz, “pis” xolesterini isə 13 faiz azaltmağa kömək edə bilər.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar