Türkiyədə çimərliyə gələn adamlar gördükləri mənzərə qarşısında şoka düşüblər.
Lent.az yerli mediaya istinadla bildirir ki, söhbət Antalya şəhəri Manavqat qəsəbəsindəki çimərlikdən gedir.
Əraziyə gələn sakinlər ətrafdan dəhşət pis qoxu hiss ediblər. Bəziləri geri dönsələr də, suya girənlər də olub. Onlar bir az irəlidə qayalıqların arasında inək leşi olduğunu görüblər.
İnək cəsədinin buradan keçən gəmidən düşdüyü ehtimal edilir.