Modriçin "Real"dan ayrılma səbəbi  məlum oldu
23 may 2025 12:15 (UTC +04:00)

Modriçin "Real"dan ayrılma səbəbi məlum oldu

"Real"ın yarımmüdafiəçisi Luka Modriç klublararası dünya çempionatından sonra klubu tərk edəcək.

Lent.az xarici mediaya istinadla bildirir ki, buna səbəb kral klubunun gənc oyunçulara üstünlük verməsidir. Qeyd olunur ki, "qaymaqlılar"ın rəhbərliyi 39 yaşlı futbolçu ilə ayrılaraq "gənc dövrə" başlamaq qərarına gəlib.

Modriç bu qərara hörmətlə yanaşıb və rəhbərliklə yaxşı münasibətdə qalaraq Madrid klubundan ayrılmağa razı olub.

“Real” Modriçi 2012-ci ilin yayında “Tottenhem”dən 30 milyon avroya alıb. Bu müddət ərzində o, 590 oyun keçirib, 43 qol vurub və 88 məhsuldar ötürmə edib. Komandanın tərkibində Luka 28 kubok qazanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 678

Oxşar yazılar