[b]AFFA-dan yeyib, qıraqda gəzənlər[/b]
17 noyabr 2017 14:45 (UTC +04:00)

[b]AFFA-dan yeyib, qıraqda gəzənlər[/b]

“Qarabağ” 2017-ci ildə Azərbaycan millisi üçün əsas baza komandası olub. Apasport.az saytının məlumatına görə, yığma özü üçün başa vurduğu il ərzində daha çox Ağdam təmsilçisinin üzvlərinə güvənib.

 

İlboyu 7 görüş keçirən millimizin  bu qarşılaşmalardakı heyətində “Qarabağ”ın 10 üzvü meydana çıxıb. Onlar ümumilikdə 48 oyun keçirib. Əyalət klubunun üzvləri milli üçün 5 qol da vurub.

 

İlk “üçlük”də “Qəbələ” və “Neftçi” də yer alıb. Lakin bu iki komanda liderdən xeyli geri qalır. “Qəbələ”lilər il ərzində 17, “Neftçi” təmsilçiləri 9 matçda yığmanın şərəfini qoruyub.

 

Ümumiyyətlə, yığmanın 7 matçında çıxış edən 29 futbolçu 15 klubu təmsil edib. Bu komandalardan 10-u xarici, 5-i yerlidi. Premyer Liqa təmsilçilərindən AFFA-nın maliyyələşdirdiyi 3 klub - “Kəpəz”, “Səbail” və “Sumqayıt” əsas milliyə fayda verməyib.

 

Düzdü, “Səbail” ilin 2-ci yarısında Premyer Liqada çıxış edib ki, onadək AZAL elitada mübarizə aparıb.

 

Xarici klublardan 2-si Almaniya, 2-si Ukraynanı təmsil edir. İl ərzində Çexiya, Kipr, Slovakiya, Türkiyə, Portuqaliya və İspaniyadan yığmamıza futbolçu gəlib.

 

2017-ci ildə yığmanın şərəfini qoruyan 29 oyunçudan 6-sı iki klubda oynayıb. Bir qarşılaşmada isə klubsuz futbolçu meydana çıxıb. Kamran Ağayev Şimali İrlandiya ilə iyundakı matçda heç bir kluba bağlılığı olmadan iştirak edib.

 

klub

futbolçu

oyun

qol

1

Qarabağ

10

48

5

2

Qəbələ

6

17

1

3

Neftçi

4

9

-1

4

Aue (Almaniya)

1

5

1

5

Keşlə

3

4

1; -1

6

Zirə

2

3

0

7

Mlada Boleslav  (Çexiya)

1

3

-9

8-10

Aleksandriya (Ukrayna)

1

2

0

 

Jilina (Slovakiya)

1

2

0

 

Stal (Ukrayna)

1

2

0

11

Anaotosis (Kipr)

1

1

1

12-14

Ayntraxt (F, Almaniya)

1

1

0

 

Bursaspor (Türkiyə)

1

1

0

 

Kadis (İspaniya)

1

1

0

15

Boavişta (Portuqaliya)

1

1

-4

-

Klubsuz

1

1

-1

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 370

Oxşar yazılar