“Yuventus”un isveçrəli müdafiəçisi Ştefan Lixtştayner yanvarda Turin klubunu tərk edə bilər. Lent.az-ın məlumatına görə, təcrübəli futbolçu ilə Madrid “Real”ı və “Arsenal” yaxından maraqlanır. Hər iki klub Lixtştayneri almaqda israrlıdır. Qeyd edək ki, Lixtştayner “Yuventus”da xoşbəxt olduğunu bildirsə də, özünü başqa çempionatlarda da sınamaq istədiyini etiraf edib.
Əlavə edək ki, 2011-ci ildən “Yuventus”un formasını geyinən Lixtştayner “qoca sinyora”nın heyətində A seriyasının cari mövsümündə 3 oyunda 1 qol vurub.