“Valensiya”nın hücumçusu zorlamaya görə  həbs olundu
04 sentyabr 2024 12:14 (UTC +04:00)

“Valensiya”nın hücumçusu zorlamaya görə həbs olundu

“Valensiya”nın 27 yaşlı hücumçusu Rafa Mir saxlanılıb. Mirə qarşı cinsi zorakılıq ittihamı irəli sürülüb.

Lent.az xarici mediaya istinadla bildirir ki, cinsi zorakılıq futbolçunun evində baş verib. Cinayət barədə təxminən 25 yaşlarında olan iki qadın məlumat verib. Hər ikisinin tibbi yardıma ehtiyacı olub. Hadisə ilə bağlı Mirdən başqa daha bir nəfər saxlanılıb. Hazırda futbolçu həbsdədir və məhkəmə prosesini gözləyir.

“Valensiya” Mirin həbsini təsdiqləyib. Klub hüquq-mühafizə orqanları ilə əməkdaşlığa hazır olduğunu bəyan edib.

Mir kluba bu ilin iyulunda gəlib. “Valensiya” onu 2024/25 mövsümü üçün “Sevilya”dan icarəyə götürüb.

27 yaşlı futbolçu “Valensiya” ilə 4 oyunda iştirak edib. O, bir məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1479
avatar

Oxşar yazılar