Taekvondoçularımız Albaniyadan  6 medalla   qayıtdılar
02 oktyabr 2022 23:49 (UTC +04:00)

Taekvondoçularımız Albaniyadan 6 medalla qayıtdılar

Tiranada keçirilən açıq Albaniya çempionatına yekun vurulub. 

Lent.az-ın Apasport.az saytına istinadla məlumatına görə, Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərlik etdiyi Azərbaycan millisi 2 gün davam edən G2 kateqoriyalı yarışı 6 medalla başa vurub. 

Komandamızın heyətində Qaşım Maqomedov (58 kq), Taleh Süleymanova (80 kq) və Patimat Abakarova (49 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüblər. Yalnız finalda məğlub olan Minayə Əkbərova (46 kq) ikinci yeri tutub. 

Milli üzvlərindən Həmidrza Sədri (58 kq) və Sona Ağayeva (46 kq) isə bürünc medalla kifayətləniblər. 

Beynəlxalq dərəcəli azərbaycanlı hakim Ramal Camalov isə çempionatın ən yaxşı referilərindən biri seçilib. 

# 1872
avatar

Oxşar yazılar