Norveçli mütəxəssis Ule-Qunnar Sulşer Danimarka millisinin baş məşqçisi olmaqdan istefa verib.
Lent.az bildirir ki, “Tipsbladet”in məlumatına görə, Danimarka Futbol İttifaqı Sulşerə təklif etsə də, rədd cavabı alıb. Qeyd olunur ki, 51 yaşlı norveçli adı açıqlanmayan top-klubda işləmək üçün danışıqlar aparır.
Sulşerin son iş yeri 2018-ci ilin dekabrından 2021-ci ilin noyabrına kimi rəhbərlik etdiyi “Mançester Yunayted” olub. Sulşer əvvəllər “Molde” və “Kardiff”də də çalışıb.