Rəsmi görüşdə qalib gəlmək üçün cırtdan dövlətə təxminən 200 oyun lazım olub.
Sentyabrın 5-də San-Marino tarixində qeyri-adi hadisə baş verib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu dövlətin milli futbol komandası rəsmi oyunlarda ilk qələbəsini qazanıb.
Bu, Millətlər Liqasının oyununda baş verib. San-Marino futbolçuları digər cırtdan dövlət Lixtenşteyn təmsilçilərini məğlub ediblər.
Görüşün taleyini 53-cü dəqiqədə 19 yaşlı Niko Culianonun vurduğu tək qol həll edib.
Qeyd edək ki, San-Marino əvvəllər heç vaxt rəsmi oyunlarda qalib gəlməyib, 5 heç-heçə edib, 171 məğlubiyyət alıb. Təəccüblü deyil ki, oyundan sonra futbolçular, məşqçilər və azarkeşlər sanki dünya kubokunu qazanmış kimi seviniblər.