Kriştiano Ronaldo
23 aprel 2022 17:38 (UTC +04:00)

Kriştiano Ronaldo

Ronaldo iki ölkənin idman tarixinə düşdü: 100 qol...

Kriştiano Ronaldo futbol tarixinə İspaniya və İngiltərə çempionatlarının hər ikisində 100 qol səddini adlayan ilk oyunçu kimi düşüb.

Lent.az apasport.az-a istinadla bildirir ki, portuqaliyalı Premyer Liqanın XXXIV turunun “Arsenal” – “Mançester Yunayted” matçının 34-cü dəqiqəsində fərqlənib.

Kriştiano 0:2 hesabı ilə geridə olan komandasının fərqi azaltmasına kömək edib. Vurduğu qolla ümidləndirən Ronaldo bununla da İngiltərə çempionatında 100-cü dəfə fərqlənib.

Qeyd edək ki, Ronaldo İngiltərədə “Mançester Yunayted”, İspaniyada “Real”ın formasını geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3939
avatar

Oxşar yazılar