Roberto Bordin, baş məşqçisi
07 iyun 2021 09:16 (UTC +04:00)

Roberto Bordin, baş məşqçisi

Roberto Bordin “Neftçi”yə mesaj göndərdi

“Oyun çox gərgin keçdi. Bəzən Moldova, bəzən Azərbaycan matça nəzarət etdi”.

Apasport.az saytının məlumatına görə, bunu Moldova yığmasının baş məşqçisi Roberto Bordin Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq görüşünü dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis komandasının Kişinyovda 1:0 hesabı ilə qalib gəldiyi qarşılaşmanın ardından təşkil olunan mətbuat konfransında sabiq komandası “Neftçi”nin Azərbaycan Premyer Liqasının qalibi olmasına da münasibət bildirib: “Bu gün istəyimizə çatdıq. Vaxtilə “Neftçi”nin heyətində rəhbərliyim altında oynayan azərbaycanlı futbolçular bu gün meydanda idilər. Yeri gəlmişkən, sabiq komandam “Neftçi”ni çempionluq münasibətilə təbrik edirəm. Onların bu uğuruna çox sevindim”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1566
avatar

Oxşar yazılar